Çexiya Ukraynaya hərbi texnikalar göndərdi

06.04.2022 - 00:31

Çexiya Ukraynaya T-72 tankları və BVP-1 piyada döyüş maşınları göndərib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Çex Televiziyası tvitterdə beş tank və beş döyüş maşını ilə yüklənmiş qatarın görüntülərini nümayiş etdirib. Kanal zirehli texnikanın NATO müttəfiqləri ilə razılaşdırıldığını bildirib.

Ölkənin müdafiə naziri Jana Cernoçova parlamentə deyib ki, Çexiya Ukraynaya bacardığı qədər kömək edir və həm yüngül, həm də ağır hərbi texnika ilə kömək etməyə davam edəcək.

Bundan əlavə, qeyd olunub ki, Çexiya fevralın 24-də müharibə başlayandan bəri Ukraynaya təxminən 1 milyard kron (45 milyon dollar) dəyərində hərbi yardım göndərib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172959

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930