Lavrovla Kulebanın görüşü gözlənilir
Rusiya və Ukrayna xarici işlər nazirləri arasında növbəti görüşün keçirilməsi gözlənilir.
Cumhuriyyet.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin Brüssel görüşündə bildirib:
“Daha çox danışıqlar gözləyirik. Yəqin ki, xarici işlər nazirləri səviyyəsində olacaq. Təəssüf ki, Buçada və bəzi yerlərdə gördüyümüz mənzərə müsbət atmosferi zədələyib.
Biz hələ də ümidliyik, nikbinliyik. Çətin məsələlər var, lakin biz səylərimizi davam etdirməliyik. Türkiyə olaraq əlimizdən gələni edirik.
Hər iki tərəf dövlət başçılarının görüşə biləcəyi ilə razıdır. Biz hər iki tərəfi liderləri bir araya gətirməyə çağırırıq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=172999