Rusiya MN: Ukraynada 34 hərbi obyekt məhv edilib
Rusiyanın operativ-taktiki aviasiyası gün ərzində Ukraynada 34 hərbi obyekti məhv edib.
APA-nın “Ria Novosti“yə istinadla məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
General deyib ki, məhv edilən obyektlər arasında artilleriya batareyası, hərbi təchizat anbarları və hərbi texnika da yer alır.
Short URL: http://www.cumhuriyyet.net/?p=173015