Zelenski Ukraynaya təhlükəsizlik təminatı verən ölkələrin adını açıqlayıb

06.04.2022 - 22:40


“Yeddi ölkə Ukrayna üçün təhlükəsizlik təminatlarına dair beynəlxalq sazişin məzmununu müzakirə etməyə hazırdır”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Habertürk” telekanalına müsahibəsində deyib.

“ABŞ, Böyük Britaniya, Türkiyə, Polşa, Almaniya, Fransa, İsrail – bunların hamısı təhlükəsizlik zəmanətlərinin siyahısını müzakirə etməyə hazırdır”, – Zelenski bildirib.

Ukrayna lideri vurğulayıb ki, bəzi ölkələr Ukraynanı tam dəstəkləməyə hazırdır, bəziləri isə bunu etməyəcək, ona görə də məsləhətçilər səviyyəsində görüş və potensial sənədin bəndlərinin müzakirəsi zəruridir.

Bundan əvvəl Zelenski qeyd edib ki, ABŞ Ukraynanın tələb etdiyi formada təhlükəsizlik zəmanəti verməyə razı deyil.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173017

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930