Amerikanın 3-cü şəxsi koronavirusa yoluxdu
ABŞ Konqresinin Nümayəndələr Palatasının 82 yaşlı spikeri Nensi Pelosinin koronavirus testi müsbət çıxıb.
Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə spiker administrasiyasının sözçüsü Dryu Hamill bildirib.
Pelosinin sözçüsü Tvitter hesabında “spikerin COVID-19 testi müsbət çıxıb və amma onda heç bir xəstəlik simptomu yoxdur” yazıb. Onun sözlərinə görə, bu həftənin əvvəlində Pelosinin testi mənfi olmuşdu.
“Spiker təkrar peyvənd olunub, o, vaksinin yaxşı qorunmasına görə minnətdardır”, – Hammill açıqlamasında bildirib. Onun sözlərinə görə, Pelosi karantin qaydalara ciddi riayət edir, ona görə də konqres nümayəndə heyətinin onun iştirakı ilə Asiya regionuna səfəri qeyri-müəyyən müddətə təxirə salınıb.
Pelosi administrasiyasının sözçüsü təfərrüatları açıqlamasa da, media Pelosinin başçılıq etdiyi nümayəndə heyətinin yaxın günlərdə Yaponiyaya gedəcəyini, daha sonra isə Tayvan adasını ziyarət edəcəyini yazıb. Bildirilib ki, istər-istəməz Pekinin etirazına səbəb olacaq səfər ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin 1997-ci ildən adaya ilk səfəri ola bilər.
Pelosi cümə axşamı səhər müntəzəm mətbuat konfransı keçirməli idi, lakin jurnalistlər artıq zalda yerlərini tutanda tədbir qəfil ləğv edilib.
Pelosi martın 26-da 82 yaşını tamam edib. O, 2019-cu ildən ABŞ hökuməti iyerarxiyasında üçüncü şəxs olan Konqresin Nümayəndələr Palatasının sədridir və bundan əvvəl, 2007-ci ildən 2011-ci ilə qədər də spiker kimi fəaliyyət göstərib.
Short URL: http://www.cumhuriyyet.net/?p=173073