Ermənistan müxalifəti xalqı Paşinyanın üstünə QALDIRIR

08.04.2022 - 14:34

Ermənistan müxalifəti və Qarabağdakı separatçılar Brüssel görüşünün nəticələrindən narazı qalıb. Baş nazir Nikol Paşinyanı Qarabağın taleyinə biganəlikdə suçlayan erməni müxalifəti xalqı hakimiyyətə qarşı qaldırmağa çalışır.

Cumhuriyyet.az-ın məlumatına görə, erməni müxalifəti Baş nazir Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə keçirdiyi görüşün nəticələrini məğlubiyyətə doğru növbəti addım kimi qiymətləndirir.

“Hraparak” yazır ki, Ermənistan müxalifəti və Qarabağdakı separatçılar hesab edirlər ki, Brüssel görüşünün nəticələrinə dair bəyanatda “Dağlıq Qarabağ” və “Minsk qrupu” ifadələrinə yer verilməməsi ermənilərin zərərinədir. Onlar iddia edirlər ki, Avropa İttifaqı Rusiyanı Qarabağdan sıxışdırmaq istəyir.

Ermənistandakı revanşist qüvvələr İrəvanla Bakı arasında hazırlanacaq sülh sazişinin Azərbaycanın təklif etdiyi 5 prinsipə əsaslanacağını bildirərək həyəcan təbili çalır, xalqı meydanlara çıxmağa çağırırlar.

Serj Sarkisyan, Artur Vanetsyan, Seyran Ohanyan kimi müxalifət liderləri Paşinyanı erməni diplomatiyasının uzunmüddətli səylərini puça çıxarmaqda da ittiham edirlər.

Bildirirlər ki, baş nazir Nikol Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasını nəzərdə tutan sülh sazişi imzalamağa hazırdır.

“Nikol Paşinyanın Qarabağın taleyinə nəzarət etməsinə icazə verilməməlidir”, – deyə bildirən Ermənistan müxalifəti yeni aksiyalar keçirəcəklərini bəyan ediblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=173126

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728