Lavrov: “Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalamasına kömək etməyə hazırıq”

08.04.2022 - 16:22

“Rusiya Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazırdır”.

Cumhuriyyet.az “RİA Novosti” yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 8-də Moskvada Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Aratat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz ümid edirik ki, tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya tezliklə yaradılacaq”, – o bildirib.

Qeyd edək ki, bu gün Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri arasında görüş olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=173131

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728