Lavrov: “ATƏT-in Minsk qrupunu ləğv ediblər”

08.04.2022 - 16:28


“ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina ediblər”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Aratat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

“ATƏT-in Minsk qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk qrupunu ləğv ediblər. Bu format çərçivəsində bizimlə əlaqə saxlamaqdan imtina ediblər”.

XİN rəhbəri bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına, habelə Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli formatda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə tərəfdar olaraq qalmaqdadır.

Bizim Telegram kanalımıza abunə olun

Short URL: http://www.cumhuriyyet.net/?p=173137

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728