Rus hərbçilərin uşaqları zorlaması ilə bağlı faktlar açıqlandı

08.04.2022 - 23:24

“Rusiya hərbçiləri Kiyev vilayətində olarkən yerli sakinlərə, o cümlədən, uşaqlara təcavüz ediblər”.

Cumhuriyyet.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna ombudsmanı Lyudmila Denisova bildirib.

O qeyd edib ki, aşağıdakı cinayətlərin törədilməsinə dair faktlar artıq müəyyən edilib:

– 14 yaşlı qız beş kişi rus hərbçi tərəfindən zorlanıb. İndi hamilədir.

– 11 yaşlı oğlan anasının gözü qarşısında təcavüzə məruz qalıb. Anasını oğluna edilən zorakılğı izləməsi üçün kresloya bağlayıblar.

– 20 yaşlı qadın üç rus hərbçi tərəfindən eyni anda təcavüzə məruz qalıb.

Denisova xatırladıb ki, zorlama 1949-cu ildə Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında Cenevrə Konvensiyasının 27-ci maddəsi ilə qəti şəkildə qadağandır.

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı BMT-nin İnsan Haqlarının Pozulmasını Araşdırma Komissiyasına və Moskva Mexanizminə uyğun olaraq ATƏT-ə üzv dövlətlər tərəfindən yaradılmış ekspert missiyasına müraciət edirəm ki, Rusiyanın Ukraynada hərbi cinayətləri ilə bağlı bu faktları nəzərə alsınlar. Raşist işğalçılar ən ciddi məsuliyyəti daşımalıdırlar!”, – o əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173170

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031