“Mən daha ağlaya bilmirəm” – Zelenski

09.04.2022 - 15:14

“Mən bu qədər qırğından, insan ölümündən sonra daha ağlaya bilmirəm”.

Cumhuriyyet.az “Report”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın “Bild” nəşrinə müsahibəsində deyib.

“Bəli, mən Rusiyaya, rus əsgərlərinə nifrət edirəm. Yayılan kadrlar – ayaqsız, qolsuz uşaqların görüntüləri sadəcə dəhşətdir. Qurbanların taleyi bizə adi gələ bilməz”, – o bildirib.

Zelenski “CBS News”a müsahibəsində isə baş verənlərə görə Rusiya hakimiyyətinin məsuliyyət daşıdığını bildirib: “Rusiya Prezidenti Vladimir Putin hərbi cinayətlərə görə məsuliyyət daşıyır. Həmçinin onun əmrini icra edən, bu işdə əli olan hər kəs həmin siyahıya daxildir”.

Qeyd edək ki, Zelenski daha əvvəl Putinlə birbaşa danışıqların zəruri olduğunu söyləmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=173194

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930