Tramp yenidən prezidentliyə namizəd ola bilər

10.04.2022 - 10:57

ABŞ-ın keçmiş prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürəcək.

Cumhuriyyet.az APA-ya istinadən xəbər verir ki, bu barədə o, Şimali Karolinada keçirilən mitinqdə tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Trampın seçki kampaniyasına bu il aralıq seçkilərinə qədər başlaya bilər.

ABŞ-ın hazırkı prezidenti Co Bayden artıq ikinci müddətə namizəd olmaq niyyətini bəyan edib.

“Həqiqət budur ki, mən artıq iki dəfə prezidentliyə namizəd olmuşam və iki dəfə qalib gəlmişəm. İkinci dəfə isə nəticə birincidən xeyli yaxşı idi. İndi biz bunu yenidən etməli ola bilərik. Burada mənim yenidən seçkiyə getməyimi istəyən varmı?”, – deyə Tramp Şimali Karolinada keçirilən mitinqdə tərəfdarlarına sual verib.

O, həmçinin siyasi rəqiblərini 2020-ci il seçkilərini saxtalaşdırmaqda ittiham etməyə davam edir.

“Enerji böhranından şiddətli cinayət böhranına, Əfqanıstandakı fəlakətdən Ukraynadakı fəlakətə qədər, bu gün gördüyümüz hər şey saxtalaşdırılan bu dəhşətli seçkinin nəticəsidir”, – Tramp deyib.

Bundan əvvəl Tramp Respublikaçı tərəfdarlarına 2024-cü ilə qədər Konqresə və Ağ Evə nəzarəti bərpa etməyi planlaşdırdığını bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173218

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930