Polşa da rus qazından imtina edir

10.04.2022 - 15:23

Polşa yaxın gələcəkdə Rusiyadan enerji resurslarının idxalına embarqo tətbiq edəcək.

Cumhuriyyet.az xəbər verir ki, bunu Polşanın xarici işlər nazirinin müavini Şimon Şinkovski Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində bildirib.

“Avropa İttifaqı tərəfindən belə bir qərar qəbul edilməsə belə, biz özümüz bir neçə ay ərzində bu qərarı verəcəyik ki, yaxşı nümunə göstərək və digər ölkələri də buna təşviq edək”, – Şinkovski qeyd edib.

Eyni zamanda diplomat Polşanın belə bir addımının Rusiya iqtisadiyyatına ciddi təsir etməyəcəyini vurğulayıb.

“Biz əminik ki, yalnız Avropa dövlətlərinin birgə qərarının hər hansı mənası var”, – Şinkovski əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173243

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031