İran AES inşa edir

10.04.2022 - 23:44

İran atom elektrik stansiyası inşa edir.

Cumhuriyyet.az APA-ya istinadən xəbər verir ki,bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

O bildirib ki, İran mütəxəssislərinin tikəcəyi 360 meqavatlıq stansiya ölkənin nüvə fəaliyyəti tarixində qızıl səhifə açacaq: “Bu stansiyanı iranlı mütəxəssislər vasitəsilə tikməklə AES inşa edən ölkələr sırasında yer alacağıq”.

Onun sözlərinə görə, stansiyanın layihəsi 10 ildir hazırdır. Lakin xarici şirkətlər əməkdaşlıq etmədiyi üçün layihə dondurulmuşdu: “Biz bu gün bu atom stansiyası layihəsinin icrasına beynəlxalq standartlara uyğun yenidən başladıq və tikəcəyik.”

O, Buşəhr atom elektrik stansiyasının ikinci və üçüncü fazasının tikintisi ilə bağlı Rusiya ilə imzalanmış sazişin qüvvədə qaldığını və maliyyə probleminin olduğunu bildirib.

“Layihənin icrası 24 ay gecikib. Rusiya tərəfi ilə ötən aylarda müzakirə aparmışıq və layihələrin icrasını sürətləndirəcəyik” – deyə İslami bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=173254

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728