Dünyanın ən nüfuzlu 100 ərəbi: Siyahıda kimlər var?

10.04.2022 - 23:56

2022-ci ildə dünyada ən nüfuzlu 100 ərəbin adını açıqlanıb.

Cumhuriyyet.az Qaynarinfo-ya istinadən xəbər verir ki, siyahını “Gulf Business” nəşri hazırlayıb. Ən nüfuzlu ərəblər siyahısına iş adamları, incəsənət xadimləri, idmançılar və s. daxildir.
Siyahının ilk pilləsində Publik İnvestisiya Fondunun rəhbəri Yasser Əl-Rumayyan qərarlaşıb. BƏƏ-nin Əbu-Dabi Milli Neft Şirkətinin icraçı direktoru Sultan bin Əhməd Əl Cabir ikinci sıranı tutur. İlk “üçlüyü” Dubay Hava Limanları və Emirates Hava Yolları şirkətinin sahibi Şeyx Əhməd bin Səid Əl Məktum qapayır.

Qətər Enerji Şirkətinin icraçı direktoru Saad bin Şerida Ək Kaabi dördüncü ən nüfuzlu ərəb hesab edilir. “Aramco”nun icraçı direktoru Amin Nasser altıncı olub.

İlk “onluq”da yalnız bir qadın var. Bu BƏƏ Kosmik Agentliyinin rəhbəri Sarah bin Yusifdir.

Məşhur misirli futbolçu Məhəmməd Salah 30-cu yeri tutub.

Siyahıda Suriya, Livan, İordaniya, Fələstin, Tunis və Mərakeş təmsilçiləri, həmçinin ABŞ, Meksika və Avropa ölkələrində fəaliyyət göstərən ərəblər də var.

Short URL: http://www.cumhuriyyet.net/?p=173256

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728