Zelenski: “Ərazimizi kiməsə verməyə hazır olsaydıq, müharibə başlanmazdı”

11.04.2022 - 17:37

“Ukrayna ərazilərini sülh naminə olsa da belə, Rusiyaya verməyə hazır deyilik”.

Cumhuriyyet.az Report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CBS telekanalına müsahibəsində deyib.

“Biz dövlətimizdən, ərazilərimizdən imtina etməyə hazır deyilik. Biz onsuz da xeyli adamı qurban vermişik. Onlar dövlətimizi xilas etmək üçün öldülər. Ona görə də onların qarşısında məsuliyyət daşıyırıq. Rusiya əvvəlcə Krımı istədi, sonra Donbas məsələsini həll etmək niyyətinə düşdü. İndi isə Xerson bölgəsini ələ keçirməyə çalışır. Biz bilirik ki, onların niyyəti ölkəmizin cənubunu ələ keçirməkdir. Əgər biz ərazimizi kiməsə verməyə hazır olsaydıq, müharibə başlanmazdı”, – o bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173285

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031