Bu ölkədə cərrahiyyə əməliyyatları dayandırıldı – SƏBƏB

11.04.2022 - 21:56

 

Şri-Lankada xəstəxanalar dərman çatışmazlığına görə cərrahiyyə əməliyyatlarını dayandırıb.

Cumhuriyyet.az Lent.az-a istinadən xəbər verir ki, Şri-Lanka Tibb Assosiasiyası hökumətə müraciət ünvanlayıb.

Müraciətdə göstərilir ki, artıq bir həftədir tibb müəssisələri idxal dərman vasitələrini əldə edə bilmir. Xəstəxanalar narkoz çatışmzlığına görə əməliyyatları dayandırıb. Bir çox tibb müəssisəsində yüngül xəstələrə belə keyfiyyətli tibbi yardım göstərmək mümkün olmur.
Müraciətin müəllifləri iddia edirlər ki, böhranın qarşısı alınmasa səfalət və xəstəlikdən ölənlərin sayı koronavirusdan ölənlərdən çox olacaq.

Qeyd edək ki, Şri-Lanka müstəqillik dövrünün (1948) ən ağır böhranını yaşayır. Ölkənin sərhədləri bağlı olduğu üçün əsas valyuta mənbəyi olsn turizmdən məhrum olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=173300

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728