Putin FTX-da kütləvi həbslərə başladı – Prezident “satqın ovu”na çıxıb

12.04.2022 - 17:46

Rusiya prezidenti Vladimir Putin Ukraynada “blitskriq”in uğursuzluğundan sonra Federal Təhlükəsizlik Xidmətində (FTX) “satqınların ovu”na başlayıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.

Məlumata görə, FTX-nın 150-yə yaxın kəşfiyyatçısı işdən uzaqlaşdırılıb, qurumun 5-ci xidmətinin rəhbəri Sergey Beseda isə həbs edilib.

“Çarəsiz qalan Rusiya prezidenti Qərb kəşfiyyatçıları onun ölkəsinin işğaldan əvvəlki döyüş planlarını əldə etdikdən sonra qəzəblənərək, “satqın ovu”na çıxıb. O, həm də hərbi hücumun sürətli qələbəyə gətirib çıxarmamasına görə günahkar axtarır. Dünən gecə məlum olub ki, FTX-nın Xarici Kəşfiyyat İdarəsinin rəisi, general-polkovnik Sergey Beseda ev dustaqlığından Moskvanın Lefortovo təcridxanasına aparılıb”, – deyə adıçəkilən nəşr yazır.

68 yaşlı general Sergey Beseda rəsmi olaraq mənimsəmə ittihamı ilə istintaq altındadır, lakin Kremlin onu Rusiyanın irəliləyişinə zərbə vuran informasiya sızmalarında ittiham etdiyi məlumdur.

Bellingcat araşdırma saytının məlumatına görə, FTX-nın digər zabitləri də “İşğaldan əvvəl Ukraynadakı real vəziyyətlə bağlı Kremlə yalan məlumat verdikləri” iddiası ilə saxlanılıb.

Onlar öz hesabatlarında Putini əmin ediblər ki, rus qoşunları xilaskar kimi qarşılanacaq və Ukrayna hərbçiləri heç bir müqavimət göstərməyəcəklər.

“Daily Mail yazır ki, Britaniya və ABŞ kəşfiyyatçıları ukraynalılara Rusiya hədəfləri haqqında dəqiq məlumatlar verməyə davam edirlər.

Məhz bu məlumatlar əsasında Ukrayna hərbçiləri Rusiya ordusunun generallarını və digər yüksək rütbəli zabitlərini məhv ediblər.

“Həmin zabitlərin ölümü hərbi hissələri xaosa sürükləyib. İndi Rusiya son dərəcə alçaldıcı məğlubiyyətlə üzləşdiyindən, Putin məsuliyyət daşıyan şəxsləri “Stalincəsinə təmizləmə”yə başlayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173372

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930