Almaniya Ukraynaya ağır silahlar verəcək

13.04.2022 - 14:17

Almaniyada hakim koalisiyası (Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyası) Ukraynaya ağır silahların tədarükü ilə bağlı razılığa gəlib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə hakim partiyadan olan deputat Markus Faber tviter səhifəsində yazıb.

“Almaniya indi tez bir zamanda Ukraynaya ağır silahlar çatdıracaq. Mən şadam ki, biz koalisiya tərəfdaşlarımızı buna inandıra bildik”, – o yazıb.

Qeyd edək ki, daha əvvəl Almaniyanın Ukraynaya 50-dək tank və 60-a yaxın piyada döyüş maşını göndərməyə hazır olduğu bildirilmişdi. Xarici işlər naziri Annalena Berbok isə söyləmişdi ki, Kiyev ən qısa vaxtda ağır silahlarla təmin olunmalıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=173441

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930