13.04.2022 - 14:38

Türkiyə Qara dənizdə üzən minalar təhlükəsi ilə əlaqədar istehkam bölmələri və digər xidmətlərin hazırlıq səviyyəsini yüksəldib.

Cumhuriyyet.az-ın məlumatına görə, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Bizim minaaxtaran gəmilərimiz, helikopter, pilotsuz uçuş aparatları və sualtı istehkamçılarımız yüksək hazırlıq rejiminə gətirilib. Biz vəziyyəti diqqətlə izləyirik. Həyəcan siqnalı daxil olduqda qüvvələrimiz dərhal müdaxilə edir”, – deyə nazir bildirib.

H.Akar əlavə edib ki, bu günədək Qara dənizdə aşkar olunmuş minalar Bosfor dənizində gəmilərin hərəkətinə çətinlik yaratmayıb.

Qeyd edək ki, son həftələrdə həm Türkiyə, həm də Rumıniya və Bolqarıstan sahillərində üzən dəniz minaları aşkar edilərək zərərsizləşdirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=173443

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930