Zelenski Qərbə müraciət edərək hərbi yardım istəyib
Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə video formatda Qərb ölkələrinə müraciət edib.
V.Zelenski Avropa İttifaqı dövlətlərindən Ukraynanı ağır artilleriya, zirehli texnika, hava hücumundan müdafiə sistemləri və təyyarələrlə təmin etməyi xahiş edib.
Qeyd edək ki, bu gün ABŞ Prezidenti Cozef Bayden Kiyevə 750 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=173485