Makron soyqırımı ifadəsini işlətməməsini İZAH ETDİ

14.04.2022 - 16:58

Aprelin 14-də səhər saatlarında Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Cumhuriyyet.az xəbər verir ki, bu zaman Makron Zelenskiyə niyə soyqırım ifadəsini işlətmədiyini bildirib.

Prezident görüş barədə təfərrüatları “France blue” radiostansiyasına açıqlamasında çatdırıb. Bu zaman o, “soyqırımı termini siyasətçilər tərəfindən yox, hüquqşünaslar tərəfindən müəyyən edilməlidir”, – deyib.

“İndi hamının diqqətini ona çəkmək istəyirəm ki, əgər bu, soyqırımdırsa, belə düşünən dövlətlər beynəlxalq konvensiyalara uyğun olaraq vəziyyətə müdaxilə etməlidirlər. Düşünmürəm ki, bunu insanlar istəyir.Çünki bu qarşıdurmada tərəflərdən biri olmaq deməkdir”.

“Kömək etmək başqa, mənasız sözlərlə eskalasiya xəttini izləmək başqa şeydir. Mən öz davranış xəttimi saxlayıram. Mənim xəttim bu müharibəni bitirmək, ukraynalıları dəstəkləmək və soydaşlarımızı qorumaq üçün hər şeyi etməkdir”, – deyə Fransa lideri əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173548

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031