50-ci gün: Ukrayna nə qədər itki verib?
Müharibənin 50-ci günü üçün Rusiya MN Ukraynanın itkilərini yeniləyib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya MN-in rəsmisi general-mayor İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi hərbi əməliyyatın başladığı gündən indiyədək düşmənin 131 təyyarəsi, 104 helikopteri, 245 zenit-raket kompleksi, 448 PUA-sı, 2188 tank və digər zirehli texnikası, 957 reaktiv yaylım atəşi sistemi, həmçinin 2088 xüsusi təyinatlı hərbi maşın məhv edilib”, – deyə Konaşenkov bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=173604