Rusiya ABŞ-a nota verdi

15.04.2022 - 14:52

Moskva Ukraynaya silah tədarükü fonunda Vaşinqtona etiraz notası göndərib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Moskva Vaşinqtona diplomatik nota göndərərək qeyd edib ki, ABŞ Ukraynanı silahla təmin etməklə regionda vəziyyəti daha da gərginləşdirir.

Qəzetin yazdığına görə, nota ABŞ prezidenti Co Baydenin Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim etməsi barədə bəyanatı ilə əlaqədar göndərilib.

Qeyd olunub ki, sənəd Rusiyanın ABŞ-dakı səfirliyi vasitəsilə Dövlət Departamentinə təhvil verilib.

“Biz ABŞ və onun müttəfiqlərini regional və beynəlxalq təhlükəsizlik üçün gözlənilməz nəticələrə səbəb olan Ukraynanın məsuliyyətsiz hərbiləşdirilməsini dayandırmağa çağırırıq”, – nəşr sənəddən sitat gətirib.

Hələlik nə Rusiya səfirliyi, nə də Dövlət Departamenti məlumatı şərh edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173625

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930