“Almaniya istəsə, müharibəni də, Putini də dayandıra bilər” – Kuleba

16.04.2022 - 12:43

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Almaniyanın Ukrayna-Rusiya müharibəsini dayandıra biləcəyini deyib.

Cumhuriyyet.az bildirir ki, nazir bu barədə Almaniyanın “ARD” televiziyasında yayımlanan “Günün mövzuları” proqramında danışıb. Kuleba, “Almaniyanın həm bu müharibəni, həm də Putini dayandırmaq gücü var” deyə söyləyib.

O, Almaniyanın əvvəlki siyasətinin iflasa uğradığını söyləyərək, fikirlərinə bu cür davam edib:

“Keçmişdə Berlin Kiyevə həmişə Rusiyanın gözü ilə, Moskvayla münasibətlər fonunda baxırdı. Amma görürük ki, Almaniya indi mövqeyini dəyişib. Əgər Almaniya daha əvvəl mövqeyini dəyişsəydi, biz bu müharibənin qarşısını ala bilərdik. Ancaq keçmişə deyil, gələcəyə baxaraq birlikdə hərəkət etmək lazımdır”.
Ətraflı

Nazir, həmçinin Ukraynanın özünü müdafiə edə bilməsi üçün Almaniyadan onlara lazımi silahların verilməsini tələb etdiklərini xatırladıb. Almaniya prezidenti Frank-Valter Ştaynmayerin arzuolunmaz səfərinə gəlincə, o, müharibə dövründə protokolların bəzən düzgün dəyərləndirilə bilmədiyinə diqqət çəkib və təəssüf hissi keçirdiyini bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173681

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930