Makron Kiyevə getməyə hazırdır
Fransa Prezidenti Emmanuel Makron yenidən Kiyevə getməyə hazırdır.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Fransa Nazirlər Kabinetinin sözçüsü Qabriel Attal bildirib.
“Lakin bu səfər nizamlamada irəliləyişə töhfə verə bildiyi zaman mümkün olacaq. Prezident Makron bildirib ki, məntiqi olanda, bu səfər nizamlanmada irəliləyişə töhfə verə biləcəyi zaman yenidən Kiyevə getməyə hazırdır. Eyni zamanda Makron yenidən dövlət başçısı seçilərsə, belə bir səfər ilk ola bilər”,- deyə Fransa rəsmisi vurğulayıb.
Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçirilib. Fransa Daxili İşlər Nazirliyinin yekun məlumatlarına görə, ölkənin hazırkı prezidenti Emmanuel Makron 27,84%, ifrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen 23,15% səs toplayıb. İkinci tur aprelin 24-də baş tutacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=173883