Putin Makrona məktub yazdı
Rusiya Prezidenti Vladimir Putin Emmanuel Makrona yenidən Fransa lideri seçilməsi münasibətilə təbrik teleqramı göndərib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bazar ertəsi məlumat yayıb.
“Sizə səmimi qəlbdən dövlət fəaliyyətinizdə uğurlar, o cümlədən cansağlığı və firavanlıq arzulayıram”, – Putinin təbrik məktubunda deyilir.
Fransa Daxili İşlər Nazirliyinin məlumatında bildirİlib ki, prezident seçkilərinin ikinci turunun nəticələrinə görə, Makron 58,5%, rəqibi, Marin Le Pen isə 41,5% səs toplayıb.
2017-ci ildə də hər iki rəqib ikinci tura yüksəlmiş və o zaman Makron 66,1% səs toplamışdı.
Son beş ildə Putin və Makron dəfələrlə görüşüb və telefonla danışıblar. Onların ilk üzbəüz danışıqları 2017-ci il may ayının sonunda Versalda baş tutub. Fransanın hazırkı prezidentinin Rusiyaya ilk səfəri isə 2018-ci ilin mayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edərkən olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=174068