Şoyqu və Medvedev Ukrayna Baş Prokurorluğuna ÇAĞIRILDI
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və müdafiə naziri Sergey Şoyqu Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd etməkdə şübhəli bilinir.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Medvedev 16, 17 və 18 may tarixlərində cinayət əməlində şübhəli şəxs qismində dindirilmək üçün Ukrayna Baş Prokurorluğuna çağırılıb. O, Ukrayna Cinayət Məcəlləsinin 110-cu (Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığının pozulması) maddəsi üzrə təqsirləndirilir.
Müdafiə naziri Şoyqu da eyni tarixlərdə şübhəli şəxs qismində dindirilməyə çağırılıb. O, oxşar cinayət əməlini törətməkdə – bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılaraq Ukrayna Konstitusiyasında müəyyən edilmiş qanunları pozmaqla ölkə ərazisini və dövlət sərhədlərini dəyişdirmək məqsədilə qəsdən hərəkətlər etməyə çağırışda ittiham olunur.
Ukrayna Baş Prokurorluğunun saytında Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienkoya, Xarici Kəşfiyyat Xidmətinin rəhbərinə şübhələr və dindirmə üçün çağırışlar barədə məlumatlar dərc edilib. Rusiya Federasiyasından Sergey Narışkin, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotova da bildiriş göndərilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=174599