Bayden rusları vurmaq üçün 100 milyonluq silah göndərir
ABŞ Prezidenti Co Bayden yaxın günlərdə Ukrayna üçün 100 milyon dollar dəyərində yeni silah yardımına razılıq verəcək.
Cumhuriyyet.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi üç ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbələr yeni silah paketində artilleriya sistemləri və bir çox yeni sursatların olacağını bildirib. Əlavə məlumat verilməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=174667