Makron and içdi
Bu gün Fransa Prezidenti Emmanuel Makronun inauqurasiya mərasimi keçirilib.
Cumhuriyyet.az xəbər verir ki, mərasim Yelisey Sarayında baş tutub.
Tədbirdə 450-yə yaxın qonaq iştirak edib. Protokola əsasən, mərasim prezident seçkilərinin ikinci turunun rəsmi nəticələrinin oxunması ilə başlayıb. Seçkilərin nəticələrini Konstitusiya Şurasının rəhbəri Loran Fabius elan edib.
Daha sonra Makron inauqurasiya nitqi ilə çıxış edib. O, Fransa xalqına göstərilən etimada görə təşəkkürünü bildirib, eyni zamanda növbəti 5 il üçün əsas hədəflərini açıqlayıb.
Makronin İnaqurasiya mərasimində Fransanın sabiq prezidentləri Fransua Olland və Nikola Sarkozi də iştirak edib.
Qeyd edək ki, aprelin 24-də keçirilən prezident seçkilərinin ikinci turunda Makron 58,55% səslə rəqibi Marin Le Penə (41,45%) qalib gəlib. Makron son 20 ildə ikinci dəfə prezident seçilən ilk prezidentdir.
Short URL: http://www.cumhuriyyet.net/?p=174692