G7 liderləri Rusiyaya qarşı yeni tədbirlər barədə DANIŞDILAR

08.05.2022 - 20:59

G7 (“Böyük Yeddilik”) ölkələrinin liderlərinin virtual formatda görüşü keçirilib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

İclas zamanı ölkələr Rusiya neftinin idxalını mərhələli şəkildə dayandırmaq və ya qadağan etmək öhdəliyi götürüblər.

Bildirilir ki, bu addım Putinin iqtisadiyyatının əsas arteriyasına ağır zərbə vuracaq və onu müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirdən məhrum edəcək.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen “Twitter”də bildirib ki, iclasa Ukrayna lideri Volodimir Zelenski də iştirak edib.

“Bu gün Ukrayna Prezidenti Zelenskinin iştirakı ilə biz G7 ölkələri Rusiyanın işğalı qarşısında Ukraynaya dəstəyimizi necə gücləndirəcəyimizi müzakirə etdik”, – deyə o qeyd edib.

Məlumata görə, virtual görüşdə Ukrayna üçün əlavə maliyyə yardımı və Ukraynanın ixracına, xüsusilə də kənd təsərrüfatı mallarının ixracına kömək üçün addımların atılması da müzakirə olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=174722

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930