Rusiyada dörd qubernator İSTEFA VERDİ

10.05.2022 - 18:22

Rusiyanın Mari El Respublikasının rəhbəri Aleksandr Evstifeev vəzifəsindən getmək qərarını bəyan edib

“Mari El Respublikasının rəhbərinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar mən istefamı qəbul etmək xahişi ilə Rusiya prezidentinə müraciət etdim”, – Evstifeev Telegram kanalında yazıb.

Cumhuriyyet.az Ria Novosti-yə istinadən xəbər verir ki, Aleksandr Evstifeev 2017-ci ilin aprelində Mari El-in rəhbəri təyin edilmişdi.

Bundan əvvəl Rusiyanın Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin, Kirov vilayətinin başçısı İqor Vasilyev və onların Saratov vilayətindən olan həmkarı Valeri Radayev oxşar qərarları açıqlayıblar.

Bundan əlavə, Ryazan vilayətinin rəhbəri Nikolay Lyubimov yeni qubernator seçkilərində iştirak etməyi planlaşdırmadığını bildirib.

Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin isə deyib ki, bu ilin yanvarında onun 65 yaşı tamam olub və o, ölkənin ən qocaman bölgə rəhbərlərindən biridir.

Sergey Jvaçkin 2012-ci ildən Tomsk vilayətinin rəhbəridir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=174802

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930