Putin müharibədəki vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI

13.05.2022 - 15:51

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Cumhuriyyet.az Ria Novosti-yə istinadən xəbər verir ki, Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ukraynada aparılan müharibənin gedişatını, Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarından yarana biləcək potensial təhlükələri, eləcə də bir sıra digər mövzuları müzakirə edib.

Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

“Müdafiə naziri Sergey Şoyqu cari məsələlərlə yanaşı, iclas iştirakçılarına xüsusi hərbi əməliyyatın gedişi barədə məlumat verib”, – Kreml sözçüsü bildirib.

Peskov daha sonra əlavə edib:

“Finlandiya və İsveçin NATO-ya daxil olmaq qərarı və bununla bağlı Rusiyanın təhlükəsizliyinə yarana biləcək potensial təhdidlər mövzusunda fikir mübadiləsi aparılıb”.

Mətbuat katibi onu da bildirib ki, bazar ertəsi KTMT-nin qarşıdan gələn sammiti kontekstində bir sıra məsələlərə də toxunulub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=174943

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031