Ərdoğan “yox” dedi, Almaniya hərəkətə keçdi

17.05.2022 - 18:47

Almaniya kansleri Olaf Şols Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı açıqlama verib.

 

Cumhuriyyet.az xəbər verir ki, kanslerin sözlərinə görə, Almaniya İsveç və Finlandiya ilə hərbi əlaqələrini gücləndirəcək.

 

“İnanıram ki, Türkiyə də İsveç və Finlandiyanın NATO üzvlüyünü təsdiqləyəcək. Bu iki ölkənin NATO-ya çox tez qoşulması üçün prosesi sürətləndirəcəyik”, – Şols deyib.

 

“Avropa İttifaqında İsveç və Finlandiyanı dəstəkləmək üçün artıq öhdəlik var”, – deyə Şols sözlərinə əlavə edib.

 

Xatırladaq ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət edib. Türkiyə PKK terror təşkilatına dəstək verdikləri üçün bu ölkələrin NATO-ya daxil olmasına müsbət yanaşmır. Rəsmi Ankaranın qəti mövqeyi son günlər dünyanın siyasi müzakirə predmetinə çevrilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175296

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930