Çavuşoğlu Blinkenlə GÖRÜŞDÜ
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Cumhuriyyet.az xəbər verir ki, görüş Çavuşoğlunun ABŞ-a səfəri çərçivəsində baş tutub.
Görüş zamanı Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı mövqeyi, eləcə də Ankaraya mümkün F-16 qırıcılarının tədarükü müzakirə olunacaq.
Bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzv olmasına müsbət yanaşmadığını bildirib. Mövlud Çavuşoğlu mayın 14-də NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl NATO-da müttəfiq olacaq bir ölkənin separatçı terror təşkilatı YPG/PKK-ya dəstək verməməsinin lazım olduğunu qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=175402