ABŞ Ermənistanda hakimiyyət dəyişikliyi İSTƏMİR

20.05.2022 - 11:48

Ermənistanda hakimiyyət dəyişikliyi ABŞ-ın marağında deyil.

Cumhuriyyet.az xəbər verir ki, bunu Sputnik Ermənistan-a politoloq Qriqor Balasanyan ABŞ səfiri Lin Treysinin açıqlamalarını şərh edərkən deyib.

ABŞ səfiri bir neçə gün öncə bəyan edib ki, Vaşinqton 2018-ci ildə erməni xalqının seçdiyi və 2021-ci ildə parlament seçkiləri zamanı təsdiqlədiyi ümumi demokratik dəyərlərə əsaslanan gələcək qurmaqda erməni xalqına kömək etməyə sadiqdir.

“Hesab edirəm ki, bu, birbaşa dəstəkdir. Səfir iki tarix göstərdi – 2018 və 2021-ci illər, inqilab və seçkilər. Bu o deməkdir ki, hazırkı hakimiyyətin daxili və xarici siyasəti ABŞ tərəfindən birmənalı şəkildə dəstəklənir. Bu həm də o deməkdir ki, bu gün hakimiyyət dəyişikliyi uğrunda mübarizə aparan müxalifəti dəstəkləməyin. Ümumiyyətlə, hakimiyyət dəyişikliyi onların maraqlarına uyğun deyil”, – Balasanyan bildirib.

Politoloqun sözlərinə görə, Nikol Paşinyanın komandasının ayrı-ayrı nümayəndələrinə suallar var. Lakin ABŞ “demokratik təsisatların yaradılmasına” çoxlu pul xərcləyib, baxmayaraq ki, əslində onların demokratiya ilə əlaqəsi yoxdur.

O bildirib ki, Vaşinqtonda hakimiyyət dəyişikliyi olacağı təqdirdə ABŞ-dan maliyyə alan ictimai təşkilatların, fondların, KİV-lərin, o cümlədən Amerika bioloji laboratoriyalarının Ermənistandan çıxarılacağı ilə bağlı narahatlıq var.

Qarabağ münaqişəsi kontekstində xalqların öz müqəddəratını təyinetmə hüququnun hərtərəfli sülhə nail olmaq üçün beynəlxalq münasibətlərdə tanınan yeganə prinsip olmasa da, əsas amil olması barədə bəyanata gəlincə, bu, ABŞ nümayəndələrinin ümumi bəyanatıdır.

Politoloq deyib ki, 30 illik tarix göstərdi ki, münaqişənin həllində qoyulan prinsiplər əvvəldən iflasa uğradı və öz məqsədinə xidmət etmədi.

Politoloqun fikrincə, xalqların öz müqəddəratını təyinetmə hüququnun və ərazi bütövlüyü prinsipinin eyni müstəvidə qoyulması nizamlanmanı dalana dirədi.

“Düşünürəm ki, bu bəyanat Ermənistandakı daxili auditoriya üçün ABŞ-ın nizamlanma prosesində qaldığını və getməyə hazırlaşmayacağını göstərmək üçün verilib. Amma reallıq başqadır və Vaşinqton və Avropa İttifaqının bunu anlamasının vaxtı çatıb: onların hazırda bu prosesdə heç bir rolu və təsiri yoxdur”.

Qriqor Balasanyan deyib ki, ABŞ Ermənistanın bütün hakimiyyət orqanları ilə işləyir, maliyyələşən təşkilatların, partiyaların və hərəkatların köməyindən istifadə etməklə İrəvanınm Rusiya ilə əlaqəsini kəsməyə və ya zəiflətməyə çalışır. Lakin bu strategiya özünü doğrultmur. Tarix göstərir ki, hakimiyyətə gələn ən qərbyönlü siyasətçi belə Rusiyaya münasibətini dəyişir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175469

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930