ABŞ Avropaya 100 minlik ordu yeritmək İSTƏYİR
ABŞ yaxın gələcəkdə Avropada 100 min hərbçi saxlamağı düşünür.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Rəsmilər qeyd ediblər ki, əgər NATO regionda daha çox hərbi təlim keçirsə, bu rəqəm arta bilər və təhlükəsizlik mühiti dəyişərsə, ABŞ Avropada əlavə bazalar yerləşdirə bilər.
Hərbi rəsmilər bu təklifləri NATO müdafiə nazirlərinin iyunda keçirilməsi planlaşdırılan görüşündə müzakirə edəcək.
Qeyd edək ki, iyun ayının sonunda Madrid şəhərində NATO liderlərinin sammiti keçiriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=175569