Müxalifətdən Ərdoğana sürpriz RƏQİB

22.05.2022 - 15:00

Türkiyədə 2023-cü il prezident seçkilərində müxalifət partiyalarının hansı namizədlə çıxış edəcəyi maraq doğurur.

Cumhuriyyet.az xəbər verir ki, qardaş ölkənin siyasi cameəsində seçiyə hazırlıq müzakirələri davam etdiyi bir məqamda, ana müxalifət partiyası olan CHP-nin seçkiyə sürpriz namizəd irəli sürəcəyi barədə məlumatlar dolaşır.

Türkiyə mediasında yer alan xəbərlərə görə, ölkənin keçmiş prezidenti Abdullah Gül vahid namizəd olaraq seçkiyə cəlb oluna bilər. Müxalif düşərgənin Gülün namizədliyinə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri 2023-cü ilin iyun ayında keçiriləcək. Seçkilərə bir ildən çox vaxt qalmasına baxmayaraq, Türkiyə cəmiyyətində aktiv siyasi müzakirələr gedir. Ölkənin hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın seçkidə rəqibinin kim olacağı hər kəsdə maraq doğurur.

Bundan öncə sabiq baş nazir, Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun prezidentliyə vahid namizəd olacağı barədə iddialar ortaya atılmışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175620

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930