Zelenski polşalılara yeni status verəcək
Ukrayna Prezidenti Volodimir Zelenski Polşa vətəndaşlarının xüsusi statusu haqqında qanun layihəsini parlamentə təqdim edəcəyini açıqlayıb.
Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ukraynalı deputat Olqa Sovgirya “Teleqram” kanalında məlumat yayıb.
O bildirib ki, Ukrayna Prezidenti yaxın vaxtlarda parlamentə Polşa vətəndaşlarının xüsusi hüquqi statusu haqqında qanun layihəsini təqdim edəcək.
Yeni qanun layihəsi və polyakların imtiyazları ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=175651