Şimali Koreyada böyük təhlükə – COVID tüğyan edir

22.05.2022 - 18:30

Şimali Koreyada COVID-19 virusuna daha 186 min şübhəli yoluxma və bir ölüm faktı qeydə alınıb.

Cumhuriyyet.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkənin epidemiya ilə mübarizə qərargahına istinadla ötən sutka ərzində 186 min 90 nəfərdə qızdırma simptomları müşahidə olunduğu barədə məlumat yayıb.

Daha bir nəfərin ölməsi ilə tələfat sayı 67-yə yüksəlib.

Qeyd edək ki, uzun müddət ölkədə СOVID-19 virusunun olmadığını bəyan edən, hətta COVAX proqramı çərçivəsində vaksinlərdən də imtina edən rəsmi Pxenyan mayın 12-də virusa ilk yoluxmalar barədə açıqlama verib.

KCNA agentliyi ilk yoluxma hallarından bəri 2,64 milyon nəfərdə qızdırma aşkarlandığını açıqlasa da, neçə nəfərin koronavirus testinin cavabının pozitiv olması barədə məlumat verməyib. Agentlik yoluxanların 2,06 milyon nəfərinin sağaldığını bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175664

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930