Eks-prezident Ukraynanı tərk edə bildi
Ukrayna Ali Radasının deputatı, ölkənin beşinci prezident Petro Poroşenko üçüncü cəhddən sonra Polşa ilə sərhədi keçib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından “Ukrainskaya pravda”ya bildirilib.
Nəşr iddia edir ki, Poroşenko və onun ətrafına ölkəni tərk etməyə icazə verilib.
Məlumatı xalq deputatı Viktoriya Syumar da təsdiqləyib, o, Poroşenkonun artıq Polşada olduğunu yazıb.
Bundan əvvəl Poroşenko Facebook-da hazırkı dövlət başçısı Vladimir Zelenskiyə müraciət etmişdi.
Poroşenkonun sözlərinə görə, o, Avropa Xalq Partiyasının Konqresinə və Sammitinə gedir və hətta rəsmi dəvəti də var.
Daha əvvəl Petro Poroşenko iki dəfə Ukraynanı tərk etmək istəsə də, icazə verilməmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=175896