Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşüb.
Cumhuriyyet.az Ria Novosti-yə istinadən xəbər verir ki, prezident iclasda xarici siyasət və Rusiyanın təhlükəsizliyinin təmin edilməsi məsələlərinin müzakirəsini təklif edib.
“Biz bir-biri ilə əlaqəli olan bir neçə məsələni müzakirə edəcəyik. Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasının işi çərçivəsində ən mühüm iki sahəni – Rusiyanın xarici siyasəti və təhlükəsizliyinin təmin edilməsi məsələlərini nəzərdə tuturam”, – Putin bildirib.
Bundan sonra o, xarici işlər naziri Sergey Lavrova təqdimatla çıxış etməyi təklif edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=175902