Türkiyə və Yunanıstan arasında gərginlik artır
Türkiyə və Yunanıstan arasında gərginlik yenidən gündəmə gəlib.
Cumhuriyyet.az xəbər verir ki, yunan mediası Egeydə, Şərqi Aralıq dənizində və Kiprdə gərginlik yaşana biləcəyini iddia edib.
Yunanıstanın CNN telekanalında gündəmdə Türkiyənin olduğu açıq olaraq bildirilib.
Sözügedən xəbərlərdə Yunanıstan hökuməti Ankaranın önümüzdəki həftələrdə qaçqın böhranından sui-istifadə etməsini gözlədiyini qeyd edilib.
Bundan başqa Yunanıstanın Baş naziri Miçotakis dolayı yolla F-16 təyyarələrinin Türkiyəyə satışına icazə verməməyi tələb edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=175910