Neftdən sonra Putini daha bir embarqo gözləyir – Makron

01.06.2022 - 12:04

Fransa prezidenti Emmanuel Makron bildirib ki, 2022-ci ilin sonuna qədər Avropa İttifaqı Rusiya neftinin idxalını 92% azaldacaq.

Cumhuriyyet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, prezident qeyd edib ki, Rusiyadan Avropa İttifaqına qaz nəqlinə də embarqonun qoyulacağını istisna etmir.

Makron həmçinin vurğulayıb ki, Fransa Ukrayna taxılının tədarükü üçün də çalışacaq. O, həmçinin, rus oliqarxların yeni sanksiyalara məruz qalacağını və Sberbank-ın SWIFT-dən ayrılacağını təsdiqləyib.

Mayın 4-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyalarının altıncı paketini, o cümlədən neft embarqosu və Sberbank-ın SWIFT-dən ayrılması təklifini təqdim etmişdi.

Macarıstan isə Rusiya neftinin tədarükünə qadağa qoyulmasının əleyhinədir.

Avropa Komissiyası mayın 29-da Aİ ölkələrinə Rusiya neftinin dəniz yolu ilə idxalından imtinanı təklif edib.

Daha sonra Avropa İttifaqı Rusiya neftinə qismən embarqoya razılaşıb.

Avropa İttifaqı Şurasının rəhbəri Şarlz Mişel Rusiyaya qarşı sanksiyaların iyunun 1-i və ya 2-də elan oluna biləcəyini bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=175987

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728