Pele Putinə müraciət etdi: İşğalı dayandır!

02.06.2022 - 21:19

Məşhur futbolçu Pele Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək Ukraynadakı münaqişəni dayandırmağa çağırıb.

Cumhuriyyet.az xəbər verir ki, o, müraciətini “Instagram” sosial media hesabında paylaşıb.

“İşğalı dayandırın. Davam edən zorakılığa qətiyyən bəraət qazandırmaq olmaz”, – deyə keçmiş braziliyalı futbolçu yazıb.

Xərçəng xəstəliyindən müalicə olunan 81 yaşlı Pele mesajını Ukraynanın pley-offda Şotlandiyanı 3:1 hesabı ilə məğlub etdiyi gün yayımlayıb.

Pele Beynəlxalq Futbol Federasiyasının Futbol Komissiyası tərəfindən 20-ci əsrin ən yaxşı futbolçusu seçilib. O, dünyada üç dəfə (1958, 1962 və 1970-ci illərdə) dünya çempionu olan yeganə futbolçudur.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=176128

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728