ABŞ kəşfiyyatı: “Putin xərçəngdən müalicə olunur və ona sui-qəsd olub”

03.06.2022 - 13:51

ABŞ lideri Co Baydenin administrasiyası daxilində xüsusi xidmət orqanlarının mayın sonunda dördüncü əhatəli hesabatı dərc olunduqdan sonra Rusiya Prezidenti Vladimir Putinin səhhəti gərgin müzakirə mövzusuna çevrilib.

Məxfi materiallarda deyilir ki, Putin aprel ayında xərçəngdən müalicəsi olunub. Bu barədə ABŞ kəşfiyyatının hesabatla tanış olan üç nümayəndəsi bildirib.

Həmçinin mart ayında da Putinə sui-qəsd edilib.

Yüksək rütbəli məmurlar xəbərdarlıq edirlər ki, Putin güc və statusu saxlamaqla bağlı getdikcə daha çox narahatlıq keçirir, bu isə Ukraynadakı vəziyyətin mürəkkəb və gözlənilməz gedişatına təsir verir. Lakin onların sözlərinə görə, həmçinin bu vəziyyət nüvə müharibəsi ehtimalını azaldır.

Milli Kəşfiyyat Direktorunun Ofisindən olan mənbə, istefada olan yüksək rütbəli Hərbi Hava Qüvvələri zabiti və ABŞ Müdafiə Kəşfiyyat Agentliyindən olan hər üç məmur bildirir ki, Rusiya liderinin təcrid olunması ABŞ kəşfiyyatının Putinin səhhətini dəqiq qiymətləndirməsini çətinləşdirir.

“Putin dəqiq xəstədir… O, tezlikləmi öləcək? Bu, ancaq fərziyyədir. O, hələ də təhlükəlidir və öləcəyi təqdirdə bizi xaos gözləyir. Diqqətimizi buna yönəltməliyik. Hazır olun”, – deyə rəsmi bildirib.

Mənbə: newsweek

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=176169

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930