Peskovun oğlu, qızı və arvadının adı sanksiyalar siyahısında
Avropa İttifaqının rəsmi jurnalında Rusiyaya qarşı altıncı sanksiyalar paketi dərc edilib.
Cumhuriyyet.az xəbər verir ki, sanksiyalar siyahısında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu və qızı – Yelizaveta Peskova və Nikolay Peskov, eləcə də həyat yoldaşı Tatyana Navka da daxildir.
Sənəddə deyilir: “Tatyana Navka Krım yarımadasında yerləşən şirkətlərin və aktivlərin ortaq sahibidir”.
Avropa İttifaqının qənaətinə görə, Tatyana Navka “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmağa və ya təhdid etməyə yönəlmiş hərəkətləri dəstəkləyir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=176194