Ərdoğan NATO qarşısında şərt qoydu

03.06.2022 - 22:19

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Cumhuriyyet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, telefon danışığında İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyi müzakirə olunub.

Ərdoğan İsveç və Finlandiyanın üzvlük tələbləri ilə bağlı Türkiyənin təhlükəsizlik narahatlığının ədalətli və qanuni əsaslara söykəndiyini bildirib.

Prezident vurğulayıb ki, hər iki ölkə terrora dəstəyi dayandırdıqlarını, Türkiyəyə qarşı sanksiyaları aradan qaldırdıqlarını və müttəfiqlik həmrəyliyi nümayiş etdirməyə hazır olduqlarını açıq şəkildə bildirməlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=176199

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728