Zelenski beynəlxalq mükafata layiq görüldü

04.06.2022 - 18:20

Ukrayna lideri Volodimir Zelenski Avropanın ən nüfuzlu mükafatlarından biri olan “Beynəlxalq Karl mükafatı”na layiq görülüb.

Cumhuriyyet.az “Bild” qəzetinə istinadən xəbər verir ki, Zelenskinin təltif olunması barədə qərarı Beynəlxalq Karl Mükafatı Fondu qəbul edib.

Fond bildirib ki, əlverişli şərait yaranan kimi mükafat Kiyevdə Ukrayna Prezidentinə təqdim olunacaq.

Xatırladaq ki, 1950-ci ildən başlayaraq verilən bu mükafata Britaniyanın keçmiş baş naziri Uinston Çörçill, Almaniyanın ilk kansleri Konrad Adenauer və digərləri layiq görülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=176230

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728