Qərb Kiyevə danışıqlar aparmağı qadağan edib – Lavrov
Qərb Ukraynaya Moskva ilə danışıqlar prosesini davam etdirməyi qadağan edib.
Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O qeyd edib ki, Qərb Ukraynadan Rusiyaya qarşı istifadə etməyə çalışır.
“Qərb Ukraynaya danışıqlar aparmağa imkan vermir. İki ay əvvəl Ukrayna bu məsələnin həlli ilə bağlı təklif irəli sürürdü. Bunu əsas təklif kimi qəbul etdik. Beləliklə, Qərb gün ərzində ukraynalılara bu prosesi davam etdirməyi qadağan etdi”, – deyə nazir bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=176259