Ukraynaya silah verilməyəcək – Baş nazir
Bolqarıstan Rusiya Federasiyasından qorunmaq üçün Ukraynanı silahla təmin etmək niyyətində deyil.
Cumhuriyyet.az xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Kiril Petkov deyib.
O qeyd edib ki, parlament bu qərara qarşı çıxıb və hökumət buna əməl edəcək. Baş nazir, həmçinin bildirib ki, digər sahələrdə Bolqarıstan Ukraynaya dəstəyi davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, Ukraynanın Bolqarıstandakı səfiri Vitaliy Moskalenko Xarici İşlər Nazirliyinə rəsmi nota göndərib və Kiyevi Sovet dövründən qalma texnika ilə təmin etməyi xahiş edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=176430